TABUT ƏS-SƏKİNƏ

içində İsrail xalqına məxsus müqəddəs əşyaların olduğu güman edilən bir sandıqdır. Rəvayətlərə görə orada Musa peyğəmbərə verilmiş Tövratın lövhələri, onun dəyənəyi və geyimi, Harun peyğəmbərin sarğısı və başqa əşyalar qorunub saxlanılırdı. Bu sandıq İsrail oğulları və onların başçıları tərəfindən qorunurdu. Ancaq, Allah onlara İşmoil peyğəmbəri göndərməzdən öncə israillilər amalikalılara məğlub olmuş, onlar da sandığı ələ keçirib özləri ilə aparmışdılar. Bundan sonra israillilərin çarı Talut olmuşdur. O, amalikalılarla vuruşub, tabut əs-səkinəni geri qaytarmışdır. Süleyman peyğəmbər Qüdsdə məbədi tikib qurtarandan sonra sandıq orada saxlanılırdı. Babil kralı Buhtunnəsr Qüdsü ələ keçirənə qədər sandıq o məbəddə saxlanılmışdır. Babillilər şəhəri ələ keçirdikdən sonra Tabut əs-Səkinə itmişdir. Bu gün də İsrail oğulları bu sirli sandığı axtarmaqdadırlar.
TABİUNLAR
TAĞUT
OBASTAN VİKİ
Asma tabut
Asma tabut — yerdən yüksəkdə, qayalara qoyulmuş tabut şəklində olan dəfn tikililəri. Çin və Filippin də daxil olmaqla bir çox ölkədə rast gəlinir. Cində syuanquan kimi tanınır. == Çin == Tabutları asmaqla dəfn etmək Çindəki bəzi milli azlıqların, xüsusən də Bo xalqının (Ch. 僰 人) qədim dəfn adətidir. Onlar haqqında ilk olaraq Min sülaləsinin salnamələrində bəhs edilmişdir. Nanu ağacının möhkəm parçalarından müxtəlif formalı içi boş tabutlar oyulur. Mərhumun cənazəsinin bu tabutun içərisinə yerləşdirilərək hündür (100 m-ə qədər) qaya çıxıntılarına və mağaralara, çox vaxt qrup şəklində qoyullur. Bo xalqının inancına görə dağlar bu dünya ilə cənnət arasındakı pilləkən yolunu oynayır. Bundan əlavə, insanlar mərhumu düşmənlər və heyvanlar tərəfindən qorumaqdan ötrü etdiklərini bildirirlər.
Səkinə Axundzadə
Səkinə xanım Mirzə Heybət qızı Axundzadə (1865–1927), ilk qadın dramaturq, yazıçı Mirzə Heybət Axundzadənin qızı. Səkinə xanım Azərbaycanın ilk qadın müəllimlərindəndir. Yazıçılıqla, o cümlədən dramaturgiya ilə də məşğul olmuşdu. Səkinə xanım 1865-ci ildə Qubada anadan olmuş və ibtidai təhsilini orada almışdır. Atası Mirzə Heybət "Fəda" təxəllüslü ilə şeirlər yazırdı və A. A. Bakıxanovun təşkil etdiyi "Gülüstan" ədəbi məclisinin üvzü idi. 1900-cü ildə ailəsi ilə birlikdə Bakıya köçən Səkinə xanım Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris etmişdir. Bakıda və Qubada xalqın maariflənməsi yolunda böyük işlər görmüş, qız məktəblərinin açılmasına, təhsil alan şagirdlərə müntəzəm olaraq maddi yardım göstərmişdi. Səkinə Mirzə Heybət qızı Axundzadə teatr həvəskarları ilə yaradıcılıq əlaqələri saxlamışdı. "Elmin bəhrəsi" pyesini və "Gəlin və qayınana" komediyasını yazıb. Milli folklorumuz əsasında "Əbülfəz və Rəna" hekayəsini qələmə almış, bu əsər əsasında isə eyniadlı opera librettosu işləmişdi.
Səkinə Zairova
Səkinə İmanova
Səkinə İmanova Dadaş qızı (1908–1975) — Sosialist Əməyi Qəhrəmanı (1948). İmanova Səkinə Dadaş qızı 12 avqust 1908-ci ildə indiki Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1948-ci ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür. 1944-cü ildən Sovet İttifaqı Komunist Partiyasının üzvü, 1932–1956-cı illərdə Telman adına kolxozda manqa başçısı işləmişdir. 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 12 avqust 1975-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində dünyasını dəyişmişdir.
Səkinə İsmayılova
Səkinə Qulu qızı İsmayılova (24 fevral 1956, Bakı) — müğənni, muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (1992), "Şöhrət" ordenli (2016). Səkinə Qulu qızı İsmayılova 24 fevral 1956-cı ildə anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib (1990). Əməkdar artist (1989), xalq artisti (1992) Səkinə İsmayılova muğamı qavalla ifa edən ilk qadın xanəndədir. Opera və Balet teatrının səhnəsində əksər muğam operalarında aparıcı partiyaları – Leyli "Leyli və Məcnun", Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", Şahsənəm "Aşıq Qərib" və s. ifa etmiş və etməkdədir. Xalq mahnıları və muğamların əvəzədilməz ifaçısı olan Səkinə İsmayılova Azərbaycan muğam sənətini dünyanın bir çox ölkələrində — İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ və s. dəfələrlə yüksək səviyyədə təmsil etmişdir. Səkinə İsmayılova ilk dəfə olaraq qadınlardan ibarət muğam üçlüyü yaradaraq bu kiçik kollektivlə son illərdə bir sıra xarici ölkələrdə çıxış etmişdir. Təcrübəli muğam ustası rəsmi dövlət və yubiley tədbirlərinin fəal iştirakçısı olmaqla bərabər, son illərdə Heydər Əliyev adına Sarayda, və Azərbaycan Dövlət Filarmoniyasında keçirdiyi solo konsertlərlə də tamaşaçılarının rəğbətini qazamışdır.
Səkinə Əliyeva
Səkinə Abbas qızı Əliyeva (15 aprel 1925, Naxçıvan – 6 oktyabr 2010, Bakı) — dövlət xadimi və siyasətçisi. O, Naxçıvan MSSR maarif naziri, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri vəzifələrində çalışmışdır. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının SSRİ-dən ayrılması haqqında fövqəladə sessiyanın çağırılmasına nail olmuş və onun imzalamışdır. Səkinə Abbas qızı Əliyeva 1925-ci ilin aprel ayının 15-də Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Atasının adı Abbas, anasının adı isə Almaz olmuşdur. 1945-ci ildə Naxçıvan Müəllimlər İnistitutunda təhsilini başa vurmuşdur. Bundan 1951–1958-ci illərdə sonra isə Azərbaycan Dövlət Universitetində Filologiya fakültəsində təhsil almışdır. Buradakı təhsilini başa vurduqdan sonra bir müddət Babək rayonunun Qahab kəndində müəllim kimi işləmişdir. Səkinə Əliyeva həmçinin, Ali Partiya Məktəbini də bitirmişdir. 1945-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir.
Əs-Sabur
Əs-Sabur (ər. الصبور) — Allahın adlarından biri.
Əs-Saməd
Əs-Saməd (ər. الصمد) — Allahın adlarından biri.
Əs-Süveyda
Əs-Süveyda (ərəb. السويداء‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi.
Əs-Səlam
Əs-Səlam (ər. السلام) — Allahın adlarından biri. Özü hər cür nöqsandan uzaq olub, bəndələrini də çirkinlik, qüsur və fəlakətlərdən xilas edib las edib əmin-amanlığa çıxaran deməkdir. Həzrət Peyğəmbərin (s) hər namazdan sonra “Allahummə əntəs-salam va minkəs-salam – Allahım Sənsən Salam və Səndəndir salamatlıq” dediyi rəvayət olunur. Həmçinin, Allah Rəsulu (s) “Salamı aranızda yayın” buyuraraq, insanlara ən gözəl duanı öyrətmişdir. Kiməsə “Salamun aleykum” söylədikdə, “Allahın əmin-amanlığı, qoruyuculuğu və mühafizəsi sənin üzərinə olsun” - deyirik. Eyni zamanda birinə salam verdikdə, həmin şəxsə “Məndən qorxma, sənə heç bir ziyanım dəyməz” ismarıcını yollayırıq. Qurani-Kərimdə buna dəfələrlə işarə edilmişdir: “Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır”; “...Evlərə daxil olduğunuz zaman özünüzü (bir-birinizi, qohum-əqrəbanızı, dostlarınızı və dindaşlarınızı) Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın...”. Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
Əs-Səlamə
Əs-Səlamə (ərəb. السلامة‎) — Suriyada, Hələb mühafəzəsində Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. Kəndin əvvəlki adı "Sucu"dur. 2004-cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 269 ailədə 728 nəfəri kişilər və 680 nəfəri qadınlar olmaqla cəmi 1.408 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 45 km şimalda, Əzaz şəhərindən şimali–şərqdə, Suriya–Türkiyə sərhəd xəttinə olduqca yaxın (2–3 km) ərazidə, dəniz səviyyəsindən təqribən 560–570 metr hündürlükdə yerləşir. Sucu (hazırda əs–Səlamə) kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953-cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Sucu (hazırda əs–Səlamə) kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Əs-Səmavə
Əs-Səmavə (ərəb. السماوة‎) — İraqın Müsənna mühafəzəsində şəhər.
Əs-Səmi
Əs-Səmi (ər. السميع) — Allahın adlarından biri.
Əs hava
Əs hava / اس هاوا (farsca:اصفهاآباد / Əsfha'abad ) - İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Əs hava Kövsər şəhristanının Firuz bəxşinin Zərəcua kəndistanında yerləşir.
Səkinə Məhəmmədi Aştiani
Səkinə Məhəmmədi Aştiyani (farsca: سکينه محمدي آشتياني ; d. 1967) — kişilərlə "qanunsuz əlaqəyə" görə İranda məhkəmə tərəfindən daşqalaq edilərək edama məhkum olunmuş azərbaycanlı qadın. Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi İranda zinada suçlanaraq daş-qalaqla edam cəzasına məhkum edilmiş Təbrizli qadın Səkinə Məhəmmədi Aştianiyə məktub yazıb. "Siz diri-diri torpağa gömülməyə və sonra da daşlanmağa məhkum edilmisiniz. Sizin gözəl simanız torpağa qərq olacaq. Sizin kədər dolu gözləriniz, alnınız, beyniniz və qəlbiniz daş atanların hədəfinə çevriləcək… Məhkəmənin qərarı nə olursa-olsun, bu dəhşətli səhnənin yaxşı bir sonluqla yekunlaşacağını güman etmirəm. Niyə görə sizin qanınız axmalı, uşaqlarınız anasız qalmalıdır. Niyə? Yaşadığınız və sevdiyiniz üçünmü? Yoxsa qadın və iranlı olduğunuz üçün?
Səkinə Məhəmmədi Aştiyani
Səkinə Məhəmmədi Aştiyani (farsca: سکينه محمدي آشتياني ; d. 1967) — kişilərlə "qanunsuz əlaqəyə" görə İranda məhkəmə tərəfindən daşqalaq edilərək edama məhkum olunmuş azərbaycanlı qadın. Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi İranda zinada suçlanaraq daş-qalaqla edam cəzasına məhkum edilmiş Təbrizli qadın Səkinə Məhəmmədi Aştianiyə məktub yazıb. "Siz diri-diri torpağa gömülməyə və sonra da daşlanmağa məhkum edilmisiniz. Sizin gözəl simanız torpağa qərq olacaq. Sizin kədər dolu gözləriniz, alnınız, beyniniz və qəlbiniz daş atanların hədəfinə çevriləcək… Məhkəmənin qərarı nə olursa-olsun, bu dəhşətli səhnənin yaxşı bir sonluqla yekunlaşacağını güman etmirəm. Niyə görə sizin qanınız axmalı, uşaqlarınız anasız qalmalıdır. Niyə? Yaşadığınız və sevdiyiniz üçünmü? Yoxsa qadın və iranlı olduğunuz üçün?
Səkinə Məhəmmədi Əştiani
Səkinə Məhəmmədi Aştiyani (farsca: سکينه محمدي آشتياني ; d. 1967) — kişilərlə "qanunsuz əlaqəyə" görə İranda məhkəmə tərəfindən daşqalaq edilərək edama məhkum olunmuş azərbaycanlı qadın. Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi İranda zinada suçlanaraq daş-qalaqla edam cəzasına məhkum edilmiş Təbrizli qadın Səkinə Məhəmmədi Aştianiyə məktub yazıb. "Siz diri-diri torpağa gömülməyə və sonra da daşlanmağa məhkum edilmisiniz. Sizin gözəl simanız torpağa qərq olacaq. Sizin kədər dolu gözləriniz, alnınız, beyniniz və qəlbiniz daş atanların hədəfinə çevriləcək… Məhkəmənin qərarı nə olursa-olsun, bu dəhşətli səhnənin yaxşı bir sonluqla yekunlaşacağını güman etmirəm. Niyə görə sizin qanınız axmalı, uşaqlarınız anasız qalmalıdır. Niyə? Yaşadığınız və sevdiyiniz üçünmü? Yoxsa qadın və iranlı olduğunuz üçün?
Səkinə binti Hüseyn
Aminə binti Hüseyn və ya Səkinə binti Hüseyn (ərəb. سكينة بنت الحسين‎; Mədinə – 12 noyabr 680, Dəməşq) — İmam Hüseyn və Rübab binti İmra əl-Qeysin qızlarıdır. Abdullah ibn Həsən onun həyat yoldaşıdır.
Səkinə Əliyeva (şərabçı)
Səkinə Əli qızı Əliyeva (1910, İrəvan – 1950, Kirovabad) — Sovet Azərbaycanı şərabçısı və Sosialist Əməyi Qəhrəmanı, "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı laureatı (1949). Səkinə Əliyeva 1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının İrəvan şəhərində anadan olmuşdur. 1944–1950-ci ildə Kirovabad şəhərində yerləşən Nizami adına üzümçülük sovxozundə əvvəlcə fəhlə, daha sonra isə briqada rəhbəri kimi çalışmışdır. O, 1948-ci ildə 10.1 hektar suvarılan üzüm sahəsinin hər hektarından 168.7 sentner üzüm məhsulu almışdır. Bu o dövr üçün böyük məhsuldarlıq göstəricisi hesab edilirdi. 5 oktyabr 1948-ci ildə SSSRİ Ali Sovetinin Rəyasəy Heyətinin qərarına əsasında 1948-ci ildəki göstəricilərinə görə Əliyev Səkinə Əli qızına Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. Həmin ildə ona həmçinin "Lenin" ordeni ilə "Oraq və çəkic" medalı ilə də təltif edilmişdir. 1944-cü ildən Kommunist Partiyasının üzvü olmuşdur. 1950-ci ildə Azərbaycan SSR-ın Kirovabad (indiki Gəncə) şəhərində vəfat etmişdir. Ermənistan azərbaycanlıları Дж.
Müqtəda əs-Sədr
Müqtəda əs-Sədr (ərəb. مقتدى الصدر‎; 4 avqust 1974, Nəcəf) — İraqın Ali dini liderləri Əli əs-Sistani və Əbdüləziz əl-Hakimlə yanaşı, ölkənin ən xarizmatik dini və siyasi liderlərindən biri və şiə müqavimətinin simvoludur. Müqtəda əs-Sədr 1973-cü il avqust ayının 12-də İraqın Bağdad şəhərində anadan olub. O, Böyük Ayətullah Məhəmməd Sadiq əs-Sədrin 4-cü oğludur. Müqtəda əs-Sədrin atası Məhəmməd Sadiq şiə dünyasının tanımış şəxsiyyətlərindəndir. O, və digər iki oğlu 1999-cu ildə Səddam Hüseynin hakimiyyəti dövründə Nəcəf şəhərində qətlə yetirilirlər. Müqtədanın atasının Böyük Ayətullah Sistani ilə dini görüşlərdə fikir ayrılığı mövcud idi. Bununla belə iraqlılar bu qətlin arxasında Səddam Hüseynin olduğunu hesab edirdilər. Müqtədanın 1980-ci ildə qətlə yetirilən babası Böyük Ayətullah Məhəmməd Baqir əs-Sədr S. Hüseynə müxalif olan və İranla analoji olaraq, İraq İslam Respublikasının yaradılmasının tərəfdarı idi. Məhəmməd Baqir əs-Sədr İraq-İran müharibəsi zamanı İranın dini lideri Ayətullah Xomeynini dəstəklədiyinə görə, Səddam Hüseyn tərəfindən öldürülmüşdü.
Nəval əs-Sədavi
Nəval əs-Sədavi (ərəb. نوال السعداوي‎; 27 oktyabr 1931[…] – 21 mart 2021, Qahirə) — Misirli feminist yazıçı, aktivist və psixiatr. 2012-ci il Şon Makbrayd Sülh Mükafatı laureatı.
Ramlat-əs-Sabataym
Ramlat-əs-Sabataym (ərəb. رملة السبعتين‎) — Yəmənin şimalının mərkəz hissəsində yerləşən səhra. Səhra 26000 km² ərazini əhatə edir. 100×240 km ölçüyə sahibdir. Əsasən düzən relyefə malik olaraq, dyunlardan ibarətdir. Ərazisi al-Khavrdan Rub əl-Xali səhrasına qədər uzanır. Səhra Yəmənin Əl-Cauf, Marib və Şabva muxafazlarının ərazilərini əhatə edir.
Bustan əs-siyahət
Bustan əs-siyahət (azərb. Səyahət bustanı‎) — Hacı Zeynalabdin Şirvaninin əsəridir. Hacı Zeynalabdin Şirvaninin üçüncü əsəri Bustan əs-siyahət adlanır. Bu qiymətli mənbə uzun müddətdir tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Bir çox alimlər, o cümlədən Çarlz Riyo, V. A. Jukovski, E. Braun, M. Tərbiyət bu əsərə böyük önəm vermişlər. Bu kitab da Hədayiq əs-siyahət kimi əlifba sırası ilə tərtib edilmiş və həmin tərtibatla ölkələr, şəhərlər və s. adlar qeyd edilmişdir. Bustan əs-siyahət ön sözdən, dörd müfəssəl babdan, 1 seyr, 28 gülşən, 4 gülzar və bir bahardan tərtib olunmudur. Gülşənlərin hər biri müəyyən 1 hərflə başlayır. Bu əsərdə çox sayda ölkə, şəhər, bölgə, kənd və qəsəbələr təsvir edilmişdir.
Hədayiq əs-siyahət
Hədayiq əs-siyahət (azərb. Səyahət bağları‎) — Hacı Zeynalabdin Şirvaninin əsəridir. Hədaiq əs-siyahət girişdən, 28 fəsildən və nəticədən ibarətdir. Mətn əlifba hərfləri tərtibilə yəni coğrafi lüğətə oxşar formada tərtib edilmişdir. Mətnin mütaliəsindən anlaşılır ki, Şirvani 30 ildən artıq bu əsər üzərində çalışmış və onu hicri-tarixi ilə 1242/1826–27-ci ildə Şiraz şəhərində bitirmişdir. Əsərin sonunda belə yazılmışdır: "Allahın lütfü ilə Hədaiq əs-siyahət adlı bu kitabı şənbə günü, Zilhiccə ayının iyirmi səkkizi, yəni Qədir-Xum bayramı günü, hicri-qəməri tarixi ilə 1242-ci ildə Şiraz şəhərində bitirdim. Bəndəniz hicri-qəməri tarixi ilə 1273-cü ildə dördüncü gün, mübarək ramazan ayının 5-i bu kitabın nüsxəsini də yazıb başa çatdırdım".
Riyaz əs-siyahət
Riyaz əs-siyahət (azərb. Səyahət bağçaları‎) Riyaz əs-siyahət — (fars. ریاض السیاحه‎) əsəri Hacı Zeynalabdin Şirvaninin əsəridir. Hacı Zeynalabdin Şirvaninin Riyaz əs-siyahət, Bustan əs-siyahət və Hədayiq əs-siyahət adlı əsərləri ona dünya şöhrəti gətirmişdir . Riyaz əs-siyahət əsəri 2 hissədən ibarətdir. "Riyaz əs-siyahət"in önəmli hissəsi hicri-tarixi ilə 1237-ci ildə (1821–1822) Qomşedə qələmə alınmışdır. "Riyaz əs-siyahət"in birinci hissəsinin sonunda bu yazı gözə çarpır: "Həqiqətən bu ürəkaçan bağın və ruhu oxşayan nüsxənin yazılması üçün son dərəcə ciddiyyət tələb olunduğu halda, lakin alicənab Abbasqulu Ağa ibn Mirzə Məhəmmədxan səfərə tələsdiyi üçün onun yazılmasını tələb etdikdə məcbur qalıb bir neçə gün ərzində Məhəmməd Təqi ibn Məhəmməd Qasim Salyani ilə birlikdə 1258-ci ilin şəvval/1842-ci ilin noyabr ayında Qubada onu bitirmək şərəfinə nail oldum. Ümidvaram ki, həqiqət axtaranlar onun nöqsan və qüsurlarını fürsətin azlığı və durumun gərginliyindən qaynaqlandığını bilərək islah etməyə çalışacaqlar. "Riyaz əs-siyahət"in ikinci hissəsi hicri-tarixi ilə 1242-ci ilin zilhiccə ayının 7-də, miladi tarixi ilə 23 iyul 1827-ci ildə sona çatmışdır. Aşağıdakı sətirlər bu mövzudan xəbər verir: "O, bu kitabın yazılmasını Məlik Vəhhabın köməyi ilə Şiraz şəhərində hicrətin 1242-ci ilində zilhiccə ayının 27-də bazar ertəsi günü bitirdi".